RUSİYA

Peskov: Putin Qazaxıstana səfəri zamanı Nazarbayevlə görüşməyi planlaşdırmır

Kreml nümayəndəsinin sözlərinə görə, səfər zamanı Putin Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevlə məhdud tərkibdə danışıqlar aparacaq.
Sputnik
BAKI, 8 noyabr - Sputnik. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Qazaxıstana səfəri zamanı Rusiya prezidenti Vladimir Putinin respublikanın birinci prezidenti Nursultan Nazarbayevlə görüşməyi planlaşdırmadığını bildirib.
Xatırladaq ki, Putin noyabrın 9-da Qazaxıstana rəsmi səfər edəcək.
"Rusiya prezidenti Vladimir Putinin Qazaxıstana səfər proqramının çox gərgin olacağı gözlənilir və bu dəfə onun respublikanın birinci prezidenti Nursultan Nazarbayevlə görüşə vaxtı olmayacaq", - Peskov jurnalistlərə bildirib.
Onun sözlərinə görə, səfər zamanı Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevlə dar tərkibdə danışıqlar aparılacaq.
"Sonra ətraflı Rusiya-Qazaxıstan danışıqları aparılacaq, ondan sonra hansı sənədlər imzalanacaq. İki ölkənin prezidentləri mətbuata birgə bəyanatla çıxış edəcəklər", - Kremlin nümayəndəsi vurğulayıb.
O, həmçinin bildirib ki, Rusiya və Qazaxıstan arasında 11-ci Regionlararası Əməkdaşlıq Forumunun plenar iclasında iki ölkə prezidentlərinin videokonfrans formatında birgə iştirakı gözlənilir.
"Bütün bunlar bir gün, cümə axşamı, çox gərgin proqramın bir hissəsi kimi baş verəcək", Peskov deyib.