DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Pentaqonun rəhbərinin keçmiş köməkçisi Budanovu Zelenski üçün təhdid adlandırıb

ABŞ müdafiə nazirinin keçmiş köməkçisi Stiven Brayan bildirib ki, Zelenski üçün real təhlükə varsa, bu, Budanovdan və onunla ukraynalı generallar arasında hər hansı ittifaqdan irəli gəlir.
Sputnik
BAKI, 8 noyabr — Sputnik. Ukrayna kəşfiyyatının rəhbəri Kirill Budanov ölkənin hazırkı lideri Vladimir Zelenski üçün təhlükə yarada bilər.
Bunu ABŞ müdafiə nazirinin keçmiş köməkçisi Stiven Brayan söyləyib.
Ekspert özünün "Weapons and Strategy" bloqunda yazıb: "Zelenski üçün real təhlükə varsa, bu, Budanovdan və onunla ukraynalı generallar arasında hər hansı ittifaqdan irəli gəlir. Onlar Zelenskini Rusiya ilə sülh danışıqlarına razılaşmağa məcbur edə bilərlər. Əks halda, o, ölkə rəhbəri kimi dəyişdiriləcək. Bu tendensiya Zelenski üçün ən pis ssenariyə gətirib çıxarır və əsgərlər bundan artıq xəbərdardırlar", - deyə Brayan sözünü yekunlaşdırıb.
Bundan əvvəl Ukrayna Müdafiə Nazirliyinin baş kəşfiyyat idarəsinin rəisi Kirill Budanov bildirmişdi ki, Rusiya Federasiyası FTX-nin beşinci xidmətinin rəhbəri general Sergey Beseda Ukrayna tərəfi üçün ən çox problem yaradır. Həmin ərəfədə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı da Ukrayna Silahlı Qüvvələrinin çıxılmaz vəziyyətə düşdüyünü bəyan etmişdi. O qeyd edib ki, döyüşçülər qoşunların təsirli irəliləyiş tempini nümayiş etdirə bilməyiblər.