RUSİYA

Kreml: Rusiya strateji sabitlik üzrə dialoqa hazırdır

Ağ Ev Rusiyanın Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilədən çıxmasının məyusedici olduğunu bildirib
Sputnik
BAKI, 8 noyabr - Sputnik. Rusiya strateji sabitlik üzrə dialoqa hazırdır. Bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov bildirib. Onun sözlərinə görə, Moskva strateji sabitlik üzrə dialoqa hazırdır, lakin bu, bir tərəfin digər tərəfə mühazirə oxumaq rejimində baş verməməlidir.
"Hazırda bu mövzuda dialoq üçün heç bir ilkin şərt yoxdur. Baxmayaraq ki, dialoq birmənalı şəkildə zəruridir. Bu, bir tərəfin digər tərəfə mühazirə oxunması rejimində həyata keçirilə bilməz. Biz belə bir rejimi tətbiq etməyəcəyik. Amma biz inanırıq ki, bu dialoq son dərəcə zəruridir və əlbəttə ki, biz onu başlamağa hazırıq”, - deyə Kremlin rəsmi nümayəndəsi vurğulayıb.
Qeyd edək ki, Ağ Ev Rusiyanın Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilədən çıxmasının məyusedici olduğunu bildirib və Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbinin sözlərinə görə, Moskva Vaşinqtona müqavilədən çıxmaqdan başqa seçim qoymayıb.