PAYTAXT XƏBƏRLƏRİ

Bakının bu hissəsində su kəsiləcək

Məhdudiyyətlərə səbəb magistral su kəmərində baş vermiş qəzadır.
Sputnik
BAKI, 8 noyabr - Sputnik. Bu gün Bakının Binəqədi rayonunun 7 və 8-ci mikrorayonlarına gün ərzində içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib.
Məhdudiyyətlərə səbəb magistral su kəmərində baş vermiş qəzadır.
Qurum yaranacaq narahatlıqla əlaqədar abonentlərdən üzr istəyir.