BAKI, 8 noyabr — Sputnik. Azərbaycanın Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu RİA Novosti-yə bildirib ki, Rusiya ilə hərtərəfli, o cümlədən mənəvi sahədə əməkdaşlığın gücləndirilməsi Azərbaycan üçün vacibdir.
"Rusiya ilə bütün sahələrdə - siyasətdə, iqtisadiyyatda, mədəniyyətdə əməkdaşlığı gücləndirmək bizim üçün vacibdir. Mən düşünürəm ki, mənəvi təmaslar da vacibdir. Rus Pravoslav Kilsəsi (RPK) və Qafqaz Müsəlmanları İdarəsi (QMİ) arasında çoxdan möhkəm əlaqələr qurulub. Allahşükür Paşazadənin mərhum Patriarx Aleksiylə, indi isə Patriarx Kirilllə çox yaxşı münasibətləri olub və var”, - Azərbaycanın səfiri deyib.
Polad Bülbüloğlu qeyd edib ki, Azərbaycan Rusiyadakı müsəlman icmaları ilə qarşılıqlı əlaqəni davam etdirir.
"Mən ancaq sevinə bilərəm ki, bizim Rusiya ilə mənəvi sahədə belə çox mehriban, hörmətli, tərəfdaşlıq münasibətlərimiz var. Bu, məni həm bir şəxs, həm də səfir kimi çox sevindirir", - o əlavə edib.