AZƏRBAYCAN XƏBƏRLƏRİ

Azərbaycanın Rus İcması Zəfər Günü ilə bağlı İkinci Şəhidlər xiyabanını ziyarət edib

İcmanın kollektivi şəhidlərimizin məzarları üzərinə gül dəstələri düzüblər.
Sputnik
BAKI, 8 noyabr - Sputnik. Azərbaycanın Rus İcmasının kollektivi Zəfər Günü ilə bağlı İkinci Şəhidlər xiyabanını ziyarət edib.
Sputnik Azərbaycan xəbər verir ki, icma nümayəndələri ölkəmizin müstəqilliyi və ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olan qəhrəmanlarımızın xatirəsini yad edib, ruhlarına dualar oxuyublar.
İcmanın kollektivi şəhidlərimizin məzarları üzərinə gül dəstələri düzüblər.
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Zəfər Günü xalqımız qəhrəmanlarını anmaq üçün İkinci Fəxri Xiyabana axışır