AZƏRBAYCAN XƏBƏRLƏRİ

Azərbaycan lideri Xankəndidə keçirilən paradda çıxış edib

Xankəndidə Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirilib.
Sputnik
BAKI, 8 noyabr - Sputnik. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev noyabrın 8-də Xankəndi şəhərində keçirilən paradda çıxış edib.
Dövlət başçısının çıxışı yaxın saatlarda tam şəkildə yayımlanacaq.
Qeyd edək ki, bu gün Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirilib. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev paradda iştirak ediblər.
FOTO
Prezident və xanımı Xankəndidə Zəfər paradında iştirak ediblər - Fotolar