BAKI, 7 noyabr — Sputnik. Bu il təbii fəlakətlərlə zəngin oldu: həddindən artıq istilər, quraqlıq, yanğınlar, qasırğalar, daşqınlar - bu, texnoloji tərəqqi və Yer əhalisinin artması ilə əlaqədar olaraq qlobal iqlim dəyişikliyinə görə təbiətin insanlardan almağa çalışdığı qisasın tam siyahısı deyil.
Amerikanın "Inverse" onlayn jurnalı bu barədə yazıb.
Bununla yanaşı, elm adamları inanırlar ki, planetdə iqlim dəyişikliyinin hələ təsir etmədiyi bölgələr çoxdur.
Onlar ən azı altı belə yer tapıblar. Maraqlıdır ki, bu yerlərin hamısı Şimali Amerika ərazisində yerləşir. Bunlar Miçiqan ştatında Ann-Arbor, Vermontda Berlinqton, Minnesotada Minneapolis və Dulut, Viskonsin şəhərində Medison və Nyu-York ştatında Buffalodur.
Tədqiqatçılar iddia edirlər ki, bu şəhərlər unikal iqlim sığınacaqlarıdır və lazım gəldikdə çoxlu sayda miqrantı yerləşdirmək üçün kifayət qədər inkişaf etmiş infrastruktura malikdirlər.
Eyni zamanda alimlər xəbərdarlıq ediblər ki, bu yerləri təbii fəlakətlərdən tamamilə qorunan hesab etmək olmaz və iqlim dəyişikliyi hər an onlara çata bilər.
Bundan əvvəl alimlər ekstremal fırtınaların Yer kürəsini təhdid etdiyi barədə xəbərdarlıq etmişdilər.