BAKI, 7 noyabr — Sputnik. Serbiya Prezidenti Aleksandr Vuçiç Azərbaycana təşəkkür edib.
Sputnik Azərbaycan xəbər verir ki, dövlət başçısı təşəkkürünü noyabrın 7-də Belqradda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşdə çatdırıb.
A.Vuçiç ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəklədiyini bildirib və Azərbaycanın da Serbiyanın ərazi bütövlüyünə göstərdiyi dəstəyə görə təşəkkürünü ifadə edib.