DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Qriqoryan MDB-nin Təhlükəsizlik Şuraları katiblərinin iclasında iştirakdan imtina edib

O, MDB-yə üzv dövlətlərin Təhlükəsizlik Şuraları katiblərinin noyabrın 8-də Rusiya Federasiyasının paytaxtı Moskvada keçiriləcək növbəti iclasında iştirak etməyəcək.
Sputnik
BAKI, 7 noyabr — Sputnik. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan MDB-yə üzv dövlətlərin Təhlükəsizlik Şuraları katiblərinin noyabrın 8-də Moskvada keçiriləcək növbəti iclasında iştirakdan imtina edib. Bu barədə onun mətbuat katibi Tatevik Petrosyan bildirib.
"Qriqoryan Moskvaya getməyəcək və MDB-yə üzv dövlətlərin Təhlükəsizlik Şuraları katiblərinin noyabrın 8-də Rusiya Federasiyasının paytaxtı Moskvada keçiriləcək növbəti iclasında iştirak etməyəcək", - Petrosyan bildirib.
Digər təfərrüatlar açıqlanmayıb.