BAKI, 7 noyabr - Sputnik. Rusiya bütün çətinliklərə baxmayaraq Qəzzaya humanitar yardım göstərməyə davam edəcək.
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə deyib.
Peskovun sözlərinə görə, Yaxın Şərqdəki münaqişə zonasında mülki əhaliyə kömək edən təkcə Rusiya deyil. Lakin humanitar yardımların çatdırılmasında hər kəs çətinliklə üzləşir. Məsələ burasındadır ki, humanitar yardım yalnız Misirdə çox məhdud rejimdə işləyən Rəfah keçid məntəqəsi vasitəsilə çatdırılır. Bundan əlavə, bütün mallar təyinat yerinə çatmır.
"Təəssüf ki, lazımi həcmdə yardım oraya çatdırıla bilmir. Rusiya tərəfi bu cür yardımın istiqamətini təmin etmək imkanını tapmaq üçün fələstinlilər, israillilər və misirlilərlə bütün əlaqələri davam etdirəcək", - deyə Kremlin rəsmi nümayəndəsi qeyd edib.