HADİSƏ

Goranboyda iki avtomobil toqquşub, ölən var

Faktla bağlı araşdırma aparılır.
Sputnik
BAKI, 7 noyabr - Sputnik. Goranboy rayon Veyisli kəndində 2 minik avtomobili toqquşub.
Avtomobil qəzasında xəsarət alanlardan biri dünyasını dəyişib.
"Report"un məlumatına görə, qəza nəticəsində 1976-cı il təvəllüdlü Ruhiyə Allahverdiyeva aldığı xəsarətdən dünyasını dəyişib.
Digər yaralı 1989-cu il təvəllüdlü Rafiq Rzayevin müalicəsi davam edir.
Qeyd edək ki, avtoqəzada daha 2 nəfər yüngül xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.