DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

ABŞ Zelenskinin seçkilərdə qalib gəlməyəcəyini bilir

Sahibkarın fikrincə, məhz buna görə Vaşinqton Ukraynadakı seçkilərin ləğvinə göz yumur.
Sputnik
BAKI, 7 noyabr - Sputnik. Alman sahibkar Kim Dotkom Vaşinqtonun Ukrayna Prezidenti Vladimir Zelenskinin qarşıdan gələn prezident seçkilərində qalib gələ bilməyəcəyini anladığı üçün Ukraynada demokratik əsasların pozulmasına göz yumduğunu bildirib.
Bu barədə Rusiya mediası sahibkarın "X" sosial şəbəkəsində yazdığına istinadən xəbər verib.
"Zelenski prezident seçkilərini yenidən ləğv edir. ABŞ hökuməti bizə münaqişənin demokratiyanın qorunmasına yönəldiyini söyləyir. Onlar bilirlər ki, marionetlər seçkilərdə qalib gəlməyəcəklər", - deyə iş adamı qeyd edib.
Bir gün əvvəl Zelenski ölkədə seçkilərin keçirilməsi üçün ən uyğun vaxt olmadığını söyləyib və seçkilərin keçirilməsinin zəruriliyi ilə bağlı bəyanatları "məsuliyyətsiz və qeyri-ciddi" adlandırıb və bir daha hamını bütün səylərini Rusiya ilə mübarizəyə yönəltməyə çağırıb.
Öz növbəsində, ukraynalı politoloq Oleq Soskin hesab edir ki, yeni prezident seçkiləri və Rusiya ilə danışıqlara başlamaq Ukraynanı Kiyev rejiminin törətdiyi soyqırımdan xilas etməyin yeganə yoludur.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.
Xatırladaq ki, Qərb ölkələri Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı bir neçə dəfə sanksiya paketləri tətbiq edib. Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub. Onun sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir. O əlavə edib ki, cari hadisələr Qərbin həm siyasətdə, həm də iqtisadiyyatda qlobal hökmranlığının altından xətt çəkir.