BAKI, 6 noyabr — Sputnik. Bu gün Avropa dövlətləri, o cümlədən ABŞ və Kanada Rusiya ilə əlaqələri böyük ölçüdə kəsiblər, buna görə də Rusiya Xarici İşlər Nazirliyi daxilində insan resursları qlobal çoxluq ölkələri ilə təmas və işləmək üçün yenidən bölüşdürülüb. Bunu Rusiya XİN rəhbəri Sergey Lavrov bildirib.
"İndi biz diqqətimizi bizimlə əməkdaşlığa açıq olan qlobal çoxluğa yönəldirik. Biz Xarici İşlər Nazirliyi daxilində və xarici cəbhədə insan resurslarını əhəmiyyətli dərəcədə yenidən bölüşdürmüşük. Səfirlikləri və baş konsulluqları nəzərdə tuturam.", - deyə nazirbildirib.
Eyni zamanda, nazir qeyd edib ki, Rusiyanın Qərb ölkələrindLavrovəki diplomatik nümayəndəliklərinin fəaliyyətinə böyük maneələr yaradılır və Rusiya buna güzgü effekti ilə cavab verməlidir.
"Biz yaxşı bilirik ki, Brüsseldə Aİ-nin bütün diplomatlarına Rusiya nümayəndələrini dəvət etməyi və bizim qəbullarımızda iştirak etməyi qadağan edən xüsusi əmr qəbul edilib. Hətta deyilir ki, başqa ölkələrdə işləyən avropalı diplomatlar bu barədə məlumat verməlidirlər.
"Rəsmi qəbullar olur ki, heç bir halda rusiyalı diplomatların yanında avropalılar yerləşdirilməsin. Bu, artıq xəstəlikdir. Bu, tamamilə anormaldır", - deyə Lavrov əlavə edib.