BAKI, 6 noyabr - Sputnik. Birbaşa nəqliyyat məkanı Avrasiya İqtisadi İttifaqı (Aİİ) və Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) kimi iki inteqrasiya layihəsinin "birləşməsini" nəzərdə tutur.
Bunu "Valday" klubunun eksperti Stanislav Tkaçenko Sputnik Azərbaycan-a müsahibəsində deyib.
İqtisadçı qeyd edib ki, Çin inteqrasiya ilə əlaqəli olmayan əməkdaşlıq modellərinə üstünlük verir. Lakin onun sözlərinə görə, ÇXR Aİİ-nin sürətlə inkişaf etdiyini görür və birbaşa nəqliyyat məkanı terminindən tez-tez istifadə olunacaq.
"Avrasiya İqtisadi İttifaqı bazarı xarici bazarlarla birləşmək istəyir. Bu vəziyyətdə üç istiqamət əsas əhəmiyyət kəsb edir: bunlar Azərbaycanın mühüm oyunçulardan biri olduğu "Şimal-Cənub" dəhlizi, Mərkəzi Asiya və Uzaq Şərq regionu vasitəsilə istiqamətdir", - deyə Tkaçenko fikrini yekunlaşdırıb.