HADİSƏ

Bölgələrimizdə bayram və istirahət günlərində gözlənilən hava şəraiti

Xankəndi şəhəri, Şuşa, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.
Sputnik
BAKI, 6 noyabr — Sputnik. Milli Hidrometeorologiya Xidməti bölgələrimizdə bayram və istirahət günlərində - noyabrın 8-dən 12-nə kimi gözlənilən hava şəraitini açıqlayıb.
Xidmətdən verilən məlumata görə, Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 10-u axşamdan 11-i səhərədək fasilələrlə yağış yağacağı proqnozlaşdırılır. Şimşək çaxacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi 5-10 metr/saniyə, bəzi yerlərdə arabir 15 metr/saniyəyədək təşkil edəcək. Havanın temperaturu gecə 5-10°, gündüz 18-23° isti olacaq.
Xankəndi şəhəri, Şuşa, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 8-də gecə və səhər və 10-da axşam qısamüddətli yağış yağacağı gözlənilir. Gecə və səhər saatlarında arabir duman olacaq. Qərb küləyi 5-10 metr/saniyə, arabir 15-18 metr/saniyə, 10-da ayrı-ayrı yerlərdə arabir 23-25 metr/saniyəyədək güclənəcək. Havanın temperaturu gecə 4-9° isti, gündüz 11-16° isti olacaq.
Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 10-da gündüz dağlıq ərazilərdən başlayaraq 12-si gündüzədək fasilələrlə yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi 5-10 metr/saniyə, bəzi günlərdə arabir 15-18 metr/saniyəyədək təşkil edəcək. Havanın temperaturu gecə 4-8°, gündüz 12-17° isti, dağlarda gecə 1-3°, gündüz 5-9° isti olacaq.
Gəncə şəhəri, Qazax, Goranboy, Tərtər, Füzuli rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 10-da gündüz arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi 5-10 metr/saniyə, arabir 15-18 metr/saniyə, 10-da ayrı-ayrı yerlərdə arabir 23-25 metr/saniyəyədək güclənəcək. Havanın temperaturu gecə 7-11°, gündüz 18-23° isti olacaq.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 8-də gecə və səhər şərq rayonlarından başlayaraq, 10-da səhər isə dağlıq rayonlardan başlayaraq arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi 5-10 metr/saniyə, arabir 15-18 metr/saniyə, 10-da ayrı-ayrı yerlərdə arabir 23-25 metr/saniyəyədək güclənəcək. Havanın temperaturu gecə 5-10°, gündüz 17-22° isti, dağlarda gecə 3-7°, gündüz 7-12° isti olacaq.
Mingəçevir, Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 8-də gecə və səhər, 10-da gündüz arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi 5-10 metr/saniyə, arabir 15-18 metr/saniyə, 10-da ayrı-ayrı yerlərdə arabir 23-25 metr/saniyəyədək güclənəcək. Havanın temperaturu gecə 7-12°, gündüz 19-24° isti olacaq.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 8-də gündüz, 10-da isə gün ərzində fasilələrlə yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi 5-10 metr/saniyə, bəzi yerlərdə arabir 15 metr/saniyəyə təşkil edəcək.
Havanın temperaturu gecə 10-14°, gündüz 17-23° isti, dağlarda gecə 7-12°, gündüz 14-18° isti olacaq.