DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

BMT-nin Qəzza zolağında ölən əməkdaşlarının sayı artıb

BMT-nin Qəzza zolağındakı 48 obyekti müharibə başlayandan bəri müxtəlif növ zərərlərə məruz qalıb.
Sputnik
BAKI, 06 noyabr — Sputnik. BMT-nin Qəzza zolağında ölən əməkdaşlarının sayı 88-ə çatıb.
Bu barədə qurumun Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım Agentliyi (UNRWA) yayıb.
***
BMT-nin Qəzza zolağındakı 48 obyekti müharibə başlayandan bəri müxtəlif növ zərərlərə məruz qalıb.
Bu barədə dünya təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım Agentliyi (UNRWA) bildirib.
Qeyd olunub ki, 1,5 milyon qəzzalı köçkünün təxminən yarısı agentliyin idarə etdiyi obyektlərdə yerləşdirilib.
“İsrail rəhbərliyi təxliyə əmrini verməzdən öncə, 12 oktyabr tarixindəki vəziyyətə görə, şimalda və Qəzza bölgəsində 57 məktəbdə təxminən 160 min insan olub. UNRWA müvəqqəti məcburi köçkünlərə yardım və ya müdafiə təmin etmək üçün bu sığınacaqlara daxil ola bilmir və buna görə də onların ehtiyacları və şərtləri barədə məlumatı yoxdur”, – diqqətə çatdırılıb.
Agentliyin məlumatına görə, son iki gündə UNRWA-nın beş əməkdaşı ölüb. Oktyabrın 7-dən bu yana ümumilikdə 79 əməkdaş həlak olub, ən azı 24 nəfər yaralanıb.
“Qəzzalıların əksəriyyəti kimi bizim əməkdaşlarımız da qohumlarını, dostlarını, qonşularını itirib, ailələri ilə birlikdə didərgin düşüblər. Bununla belə, onlar humanitar yardım göstərmək üçün yorulmadan çalışmaqda davam edirlər”, – açıqlamada nəql edilib.
27.10.23, 14:26
BMT-nin Qəzza zolağında ölən əməkdaşlarının sayı 57-yə çatıb.
Bunu qurumun Yaxın Şərqdəki Fələstin Qaçqınlarına Yardım üzrə Agentliyin baş komissarı Filipp Lazzarini bildirib.
Onun sözlərinə görə, atışma zamanı fələstinliləri HƏMAS-dan ayırmaq mümkün deyil, ona görə də bütün mülki əhalinin və xəstəxana binalarının mühafizəsini təmin etmək lazımdır.
Qeyd edək ki, bir müddət əvvəl onların sayının 38 olduğu bildirilmişdi.
Xatırladaq ki, oktyabrın 7-də HƏMAS-la İsrail arasında silahlı toqquşmalar başlayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.