HADİSƏ

Azərbaycan Vəkillər Kollegiyasının üzvü canına qəsd edib

O, Azərbaycanın Vəkillər Kollegiyasının üzvü, Qazax rayon Vəkil bürosunun vəkili kimi fəaliyyət göstərirmiş.
Sputnik
BAKI, 6 noyabr — Sputnik. Qazax rayonunda intihar hadisəsi baş verib.
Rayonun Hüseynbəyli kənd sakini Mahmudov Rüfət Əsəd oğlu həyatına qəsd edib.
R.Mahmudov hüquqşünas olub. O, Azərbaycanın Vəkillər Kollegiyasının üzvü, Qazax rayon Vəkil bürosunun vəkili kimi fəaliyyət göstərirmiş (Trend).
Faktla bağlı araşdırma aparılır.