Azərbaycanda noyabrın 8-i və 9-u iki dövlət bayramı qeyd olunur: Zəfər Günü və Dövlət Bayrağı Bayramı. Hər iki gün qeyri-iş günü elan edilib.
Zəfər Günü Azərbaycan təqvimində ən gənc bayramdır və Azərbaycan Respublikası Prezidentinin 2 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Şuşa şəhərinin işğaldan azad edilməsini qeyd etmək məqsədilə təsis edilib. Bu bayram noyabrın 8-də qeyd olunur. Dövlət Bayrağı Günü isə 2009-cu ildən hər il qeyd edilir. Məhz bu gün, 105 il bundan əvvəl 9 noyabr 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən ilk dəfə olaraq üçrəngli dövlət bayrağı haqqında qərar qəbul edilib.
Bu iki bayramın müasir Azərbaycan tarixində hansı tarixi əhəmiyyətə malik olduğu haqqında Qafqaz Tarixinin Öyrənilməsi Mərkəzinin direktoru Rizvan Hüseynov noyabrın 6-da, saat 11:30-da Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçiriləcək mətbuat konfransında danışacaq.
Əlaqə:
Telefonlar: 404-13-84/85
E-mail: i.velizade@rian.ru.
Tədbir Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində baş tutacaq: Mətbuat pr., məh.529, bina 23, mərt.4.