“Təklif edərdim ki, xüsusi bir mexanizm hazırlansın və həmin məbləğ kommunal xidmətlərin xərcinə uyğunlaşdırılsın. Çünki 80 manat müəyyənləşdiriləndə kommunal xidmətlərin xərcləri başqa idi. İndi isə fərqlidir. Yəni, hazırda kommunal xidmətlərin xərcində artımlar var".
"I və II Qarabağ müharibəsinin 80 mindən çox veteranı var. Onlar da 80 manat civarında müavinət alır. Həmin məbləğin artırılması ilə bağlı müvafiq dövlət qurumları ilə danışmaq lazımdır. Heç olmasa, müavinətlərə 50-70 manat məbləğində əlavə olunsun. Müharibə veteranları üçün ayrılan müavinətlər qaza, işığa və nəqliyyata sərf olunur. Həmin müavinət təyin olunandan sonra kommunal xərclərin qiymətləri də dəyişib. Bugünkü 80 manat müavinət də həmin xərclərin ödənilməsini təmin etmir”, - deyə milət vəkili firkini əsaslandırıb.