BAKI, 5 noyabr — Sputnik. ABŞ dünyanın istənilən regionunda vəziyyətin sabitliyini pozmaqda maraqlıdır. Rusiya KİV-in məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
XİN rəhbəri qeyd edib ki, Vaşinqtonun xarici siyasətinə ikili standartlar aid etmək düzgün deyil, çünki onlar bir standarta malikdirlər. Bu standart dünyanın istənilən regionunda vəziyyətin sabitliyini pozmağa yönəlib.
Lavrov xatırladıb ki, ABŞ-ın Vyetnamdan başlayaraq son yarım əsrdə bütün xarici macəraları işlərinə qarışdıqları ölkəyə heç bir fayda gətirməyib.
“Bu, yalnız hər şeyin və hamının sabitliyini pozmağın onların maraqlarına uyğun gəldiyi qənaətini təsdiqləyir”, - deyə nazir bildirib.
Bundan əvvəl Dövlət Duması bəyan etmişdi ki, Qərb Rusiya Federasiyasında prezident seçkilərinə hazırlaşmağa başlayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.