DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

KXDR ABŞ-ın Asiyadakı hərbi ittifaqının təhlükəsi barədə xəbərdarlıq etdi

Məqalə müəllifləri Koreya yarımadasının planetin ən böyük qaynar nöqtəsi olduğunu xatırladıblar.
Sputnik
BAKI, 5 noyabr — Sputnik. Vaşinqton, Tokio və Seulun üçtərəfli hərbi ittifaqı Koreya yarımadasındakı qarşıdurmanı daha da şiddətləndirəcək və üçüncü dünya müharibəsini yaxınlaşdıracaq. Bu barədə Şimali Koreyanın əsas qəzeti “Rodong” yazır.
Məqalə müəllifləri Koreya yarımadasının planetin ən böyük qaynar nöqtəsi olduğunu xatırladıblar. Nəşrin siyasi analitiklərinin fikrincə, Koreyanı ayıran sərhədin şimal və cənubunda Şərq və Qərbin nüvə gücləri şiddətli hərbi qarşıdurma ilə məşğuldur, bunun əks-sədası nüvə münaqişəsinə səbəb ola bilər.

“Mövcud struktura əsasən, üçtərəfli hərbi alyans tam gücü ilə fəaliyyət göstərsə, Koreya yarımadasında və regionda vəziyyət son həddə çatacaq”, - nəşr qeyd edir.

Məqalədə qeyd edilirdi ki, ABŞ və onun əlaltılarının qəzəbi üçüncü dünya müharibəsinin başlaması ilə nəticələnə bilər. Vaşinqton, Tokio və Seulun hərbi sui-qəsdi Şimal-Şərqi Asiyaya qarşıdurma fırtınası gətirir.
Noyabrın əvvəlində məlum olub ki, ABŞ Rusiya və KXDR arasında müdafiə tərəfdaşlığına qarşı addımlar atmağı planlaşdırır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.