RUSİYA

Kreml: Bayden Rusiya ilə bağlı mövqeyini dəyişməli olacaq

Kreml nümayəndəsinin sözlərinə görə, Rusiya ilə ABŞ arasında münasibətlərin pozulması amerikalıların təşəbbüsü ilə baş verib.
Sputnik
BAKI, 5 noyabr — Sputnik. Rusiya Federasiyası ABŞ-ın onun daxili işlərinə qarışmaq cəhdlərinə barışmaz reaksiya verir. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalist Pavel Zarubinə müsahibəsində bildirib.
Kreml nümayəndəsinin sözlərinə görə, Rusiya ilə ABŞ arasında münasibətlərin pozulması amerikalıların təşəbbüsü ilə baş verib.
Peskov əlavə edib ki, ABŞ lideri Co Bayden öz mövqeyini daha konstruktiv mövqeyə dəyişməli olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.