BAKI, 5 noyabr - Sputnik. 2024-cü ildə şəkərli diabet üzrə tədbirlərə 58,3 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur. Bu, Maliyyə Nazirliyinin açıqladığı "2024-cü ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatı"nda bildirilir.
Bu da cari ilin proqnozu ilə müqayisədə 5,3 milyon manat və ya 10 faiz çoxdur.
Şəkərli diabet xəstəliyi nədir?
Qeyd edək ki şəkərli diabet insulin ifrazının, insulin təsirinin və ya hər ikisinin pozulması nəticəsində meydana çıxan hiperqlisemiya (qan şəkərini yüksəlməsi) ilə gedən xroniki metabolik xəstəlikdir.
Şəkərli diabet xəstəliyinin əlamətləri hansılardır?
Susuzluq;
Tez-tez sidiyə getmə;
Çəki itirmə;
Sidik yollarının infeksiyası;
Bulanıq görmə;
Qaşınma;
Yorğunluq;
Dəridə və ağızda quruluq;
Ayaqlarda keyimə.
Xatırladaq ki, şəkərli diabet xəstəliyinin profilaktikası və onunla mübarizə ilə bağlı tədbirləri həyata keçirmək məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən "Şəkərli diabet üzrə Dövlət Proqramı" hazırlanır və təsdiq edilir.
Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin dövlət tibb müəssisələrində müayinəsi və müalicəsi dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir. Müayinə və müalicənin maliyyələşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin insulin və digər şəkərsalıcı dərman preparatları, inyeksiya vasitələri və özünənəzarət vasitələri ilə təminatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.