BAKI, 5 noyabr - Sputnik. Beynəlxalq Olimpiya Komitəsi (BOK) açıq-aşkar ikili standartlar nümayiş etdirir. Bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“BOK olimpiya ideallarından addım-addım uzaqlaşır. Biz ikili standartları, olimpiya ideyalarının addım-addım aşındığını görürük. Bunu müşahidə etmək, əlbəttə ki, çox üzücüdür”, - Peskov bildirib.
Beynəlxalq Olimpiya Komitəsi son açıqlamasında bildirib ki, İsrail idmançıları hökumətin hərəkətlərinə görə məsuliyyət daşımadıqları üçün onlar ayrı-seçkiliyə məruz qala bilməzlər.
2022-ci il fevralın sonunda BOK beynəlxalq idman federasiyalarına müraciət edib və Ukraynadakı vəziyyətlə əlaqədar Rusiya və Belarus idmançılarını heç bir yarışa buraxmamağı tövsiyə edib.
Təşkilat Rusiya Olimpiya Komitəsinin (ROK) fəaliyyətinin dayandırılmasının ləğvi üçün son tarix təyin etməyib. Həmçinin, rusiyalıların Oyunlara buraxılması ilə bağlı yekun qərar açıqlanmayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.