CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Vətəndaş qanunsuz saxladığı avtomatı polisə təhvil verib

Daxili İşlər Nazirliyi müvafiq sənədləri olmayan ov silahlarının aşkarlanması istiqamətində tədbirləri davam etdirir.
Sputnik
BAKI, 5 noyabr — Sputnik. Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının qanunsuz saxlanılan odlu silahların könüllü surətdə təhvil verilməsi ilə bağlı apardıqları profilaktiki tədbirlər nəticəsində rayon sakini qanunsuz saxladığı “AKM” markalı avtomat silahını polis şöbəsinə təhvil verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan bildiriblər ki, şöbənin əməkdaşları tərəfindən müvafiq sənədləri olmayan ov silahlarının aşkarlanması istiqamətində keçirilən tədbirlər zamanı isə beş nəfər rayon sakinindən sənədsiz ov tüfəngləri götürülüb.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.