RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Ukrayna SQ beş ay ərzində heç bir hücum məqsədinə nail olmayıb

Ukrayna Silahlı Qüvvələri Rusiyanın müdafiə xəttini yarıb keçə bilməyiblər.
Sputnik
BAKI, 4 noyabr — Sputnik. Ukrayna rəhbərliyi öz ordusunun əhəmiyyətsiz nailiyyətlərindən məyusdur.
Bu barədə ABŞ-ın "Newsweek" nəşri yazır.
Nəşrdə bildirilir ki, Ukrayna hücumunun beş ayı ərzində heç bir məqsədə nail olunmayıb. Müəlliflər qeyd edirlər ki, Ukrayna rəsmilərinin böyük ümidləri özünü doğrultmayıb.
Məqalədə qeyd olunur ki, Ukrayna Silahlı Qüvvələri (USQ) Rusiyanın müdafiə xətlərini yarıb keçə bilməyib. Ukrayna ordusunun bir çox əvvəlki nailiyyətləri məhv olub. Müəlliflər, Ukraynanın hücumunun iflasa uğramaq üzrə olduğunu qeyd ediblər.
Bu yaxınlarda Krımdan olan deputat Mixail Şeremet bildirib ki, USQ-nin baş komandanı Valeri Zalujnı hücumlar haqqında deyil, Ukraynanın sağ qalması barədə düşünməlidir.