BAKI, 4 noyabr — Sputnik. Türkiyə İsraildəki səfiri Şakir Özkan Torunları geri çağırıb.
Bu barədə "TRT Haber" məlumat yayıb.
Türkiyə Xarici İşlər Nazirliyindən verilən açıqlamada bildirilib ki, İsrail tərəfinin atəşkəs çağırışlarını qəbul etməməsi, mülki şəxslərə qarşı hücumları davam etdirməsi, humanitar yardımların fasiləsiz və davamlı daxil olmasına icazə verməməsi səbəbindən Qəzzada yaşanan humanitar faciəni nəzərə alaraq, səfir Şakir Özkan Torunlar məsləhətləşmələr üçün Ankaraya qayıdacaq.
Fələstinin HƏMAS hərəkatının hərbi qanadının elan etdiyi Əl-Əqsa tufanı əməliyyatı çərçivəsində oktyabrın 7-də İsrail Qəzza zolağından görünməmiş miqyaslı raket hücumuna məruz qalıb. Bundan sonra təşkilatın döyüşçüləri İsrailin cənubundakı sərhəd bölgələrinə daxil olub, burada həm hərbçilərə, həm də mülki şəxslərə atəş açıb, həmçinin girov götürüblər. İsraildə yerli hakimiyyət orqanlarının məlumatına görə, 1,4 mindən çox insan, o cümlədən 300 hərbçi həlak olub, 5 mindən çoxu yaralanıb.
Buna cavab olaraq İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS-a qarşı "Dəmir Qılınclar" əməliyyatına başlayıb. Bir neçə gün ərzində İsrail hərbçiləri Qəzza ilə sərhədə yaxın bütün məskunlaşmış əraziləri nəzarətə götürüb və zolağındakı hədəflərə, o cümlədən mülki şəxslərə hava zərbələri endirməyə başlayıb. İsrail həmçinin Qəzza zolağının tam blokadaya alındığını elan etdi: su, qida, elektrik, dərman və yanacaq tədarükü dayandırıldı.
Qəzza zolağında qurbanların sayı, yerli Səhiyyə Nazirliyinin məlumatına görə, 8 mini keçib, 18 mindən çox yaralı var. Müxtəlif mənbələrə görə, 200-dən çox israilli HƏMAS-ın əsirliyindədir.
Rusiya Xarici İşlər Nazirliyi tərəfləri hərbi əməliyyatları dayandırmağa çağırıb. Rusiya prezidenti Vladimir Putin Yaxın Şərq böhranının həllinin BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilmiş və Fələstin daxilində müstəqil Fələstin dövlətinin yaradılmasını nəzərdə tutan "iki dövlət" formuluna əsasən mümkün olduğunu bildirib.
Tərəflərin ərazi maraqları ilə bağlı Fələstin-İsrail münaqişəsi uzun onilliklər ərzində regionda gərginlik və döyüş mənbəyi olub. 1947-ci ildə SSRİ-nin fəal rolu ilə BMT-nin qərarı iki dövlətin - İsrail və Fələstinin yaradılmasını müəyyən edib, lakin yalnız İsrail dövləti yaradılıb.