TƏHSİL

Sumqayıt Dövlət Universitetində yeni təyinatlar olub

SDU-nun rektoruna iki yeni müşavir təyin edilib.
Sputnik
BAKI, 4 noyabr - Sputnik. Sumqayıt Dövlət Universitetində yeni təyinatlar olub.
"Report"un məlumatına görə, Könül AbbaslıElşad Abdullayev rektorun müşavirləri, Nəsibə Əmirbəyova isə Karyera və məzunlarla iş mərkəzinin müdiri təyin ediliblər.
Könül Abbaslı pedaqogika üzrə fəlsəfə doktorudur. Azərbaycan Təhsil İnstitutunun direktor müavini vəzifəsində çalışıb. Pedaqoji fəaliyyətini ADA Universitetində davam etdirir.
Elşad Abdullayev 2009 – 2018-ci illərdə Radiasiya Problemləri İnstitutunda ardıcıl olaraq kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi və aparıcı elmi işçi vəzifələrində çalışıb. 2019 - 2023-cü illərdə Bakı Mühəndislik Universitetində Pedaqoji fakültənin dekanı vəzifəsində çalışıb.
Nəsibə Əmirbəyova isə Elm və Təhsil Nazirliyinin SABAH layihəsinin İnşaat mühəndisliyi ixtisasının müəllimi və AzMİU İnnovativ Biznes İnkubator Mərkəzinin rəhbəri vəzifəsində çalışıb.