CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda uğurlu karyera qurmuş 10 xanım haqqında podkastlar hazırlanıb

Layihənin əsas ideyası hazırlanacaq podkastlar vasitəsilə cəmiyyətdə qadınlarla bağlı formalaşmış xoşagəlməz təsəvvürlərin aradan qaldırılmasına, qızların təhsilə və karyera quruculuğuna həvəsləndirilməsinə dəstək olmaqdan ibarətdir.
Sputnik
BAKI, 4 noyabr - Sputnik. "Qadın Liderliyi Uğrunda” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Uğur qazanmış qadınlarla bağlı podkastların hazırlanması” layihəsini həyata keçirib.
Alfa söhbətləri
Layihə çərçivəsində çəkilmiş podkastların iştirakçıları müxtəlif sahələrdə öz fərdi bacarıqları sayəsində karyera qurmuş, ictimai nüfuz qazanmış xanımlardır.
Kəmalə Ələkbərova
Podkastlarda Azərbaycanın Xalq artisti Həmidə Ömərova, beynəlxalq dərəcəli qrossmeyster Zeynəb Məmmədyarova, “APA holding”in prezidenti Vüsalə Mahirqızı, “İnklüziv rəqs” şirkətinin direktoru Nigar Sultanova, “Sağlam Ailə” tibb mərkəzinin icraçı direktoru Nigar Rüstəmli, Kann film festivalının ilk azərbaycanlı iştirakçısı, aktrisa Zülfiyyə Qurbanova, polis polkovnik-leytenantı Kəmalə Ələkbərova, "Yeni Klinika" tibb müəssisəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nuridə Allahyarova, bəstəkar Gövhər Həsənzadə və siyasi analitik Yeganə Hacıyeva iştirak ediblər. Onlar öz uğur hekayələrini danışıblar və müxtəlif hadisələrlə bağlı fikirlərini bölüşüblər.
Alfa söhbətləri
Qeyd edək ki, həmin podkastlar müvafiq olaraq Youtube, Telegram, Facebook sosial platformalarında yayımlanacaq.
Alfa söhbətləri
"Uğur qazanmış qadınlarla bağlı podkastların hazırlanması” layihəsi müxtəlif sahələrdə öz fərdi bacarıqları sayəsində karyera qurmağa nail olmuş şəxslərin, vəzifə sahiblərinin uğur hekayələrinin təqdimatı yolu ilə qadınların təhsil pillələrində irəliləməsinə, karyera quruculuğuna və liderliyə həvəsləndirilməsinə, təşviq edilməsinə istiqamətlənib.
Alfa söhbətləri
Layihənin əsas ideyası hazırlanacaq podkastlar vasitəsilə cəmiyyətdə qadınlarla bağlı formalaşmış xoşagəlməz təsəvvürlərin aradan qaldırılmasına, qızların təhsilə və karyera quruculuğuna həvəsləndirilməsinə dəstək olmaqdan ibarətdir.
Alfa söhbətləri