SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Şuşada TDT dövlət başçılarının qeyri-rəsmi toplantısının keçirilməsi təklif olunub

Bu barədə Türk Dövlətləri Təşkilatının 10-cu yubiley Zirvə görüşündə qəbul edilmiş Bəyannamədə qeyd edilib.
Sputnik
BAKI, 3 noyabr - Sputnik. Gələn il Şuşada Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının qeyri-rəsmi toplantısı keçirilə bilər.
Bu barədə noyabrın 3-də Astanada Türk Dövlətləri Təşkilatının (TDT) “Türk Zamanı” çağırışı altında keçirilən 10-cu yubiley Zirvə görüşündə qəbul edilmiş Bəyannamədə qeyd edilib.
"Türk Dövlətləri Təşkilatının dövlət və hökumət başçıları Azərbaycanın 2024-cü il aprelin sonu və ya mayın əvvəlində Şuşada TDT dövlət başçılarının qeyri-rəsmi toplantısının təşkili təklifini qeyd edirlər", - Bəyanatda vurğulanıb.