DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İranda narkoloji dispanserdə yanğın olub: onlarla insan ölüb

İranın Gilan əyalətinin Ləngərud şəhərində narkoloji dispanserdə baş verən yanğın nəticəsində 32 nəfər ölüb, 17 nəfər yaralanıb.
Sputnik
BAKI, 3 noyabr — Sputnik. Bu gün səhər saatlarında İranın Gilan əyalətinin Ləngərud şəhərində narkoloji dispanserdə baş verən yanğın nəticəsində 32 nəfər ölüb, 17 nəfər yaralanıb.
Bu barədə Ləngərud şəhərinin başçısı Məhəmməd Rza Cəlali məlumat yayıb.
Bildirilib ki, yaralıların 16-sı xəstəxanaya yerləşdirilib.
Hadisənin səbəbi araşdırılır.