BAKI, 3 noyabr — Sputnik. Ukrayna Yaxın Şərqə, o cümlədən Taliban* hərəkatının nümayəndələrinə silah satır.
Bunu Rusiya Prezidenti Vladimir Putin Rusiya İctimai Palatasının üzvləri ilə görüşündə deyib.
Rusiya lideri bildirib ki, hazırda Yaxın Şərqdə Ukrayna tərəfindən verilən silahların peyda olması ilə bağlı məlumatlar yayılır.
"Əlbəttə belə silahlar orada peyda olub, çünki onlar silahları satırlar. Silahları Talibana da satırlar və oradan da onlar başqa yerlərə gedir" - Rusiya prezidenti vurğulayıb.
Bu yaxınlarda jurnalist Mayk Cons Ukrayna Silahlı Qüvvələrinin (USQ) silahlarının Yaxın Şərq və Afrikada peyda olmasının Vladimir Zelenski üçün piar fəlakəti olduğunu söyləyib.
Rusiya prezidenti həmçinin bildirib ki, dünyanın heç bir yerində Ukraynada olduğu kimi korrupsiya yoxdur.
Rusiyanın lideri qeyd edib ki, Ukraynadakı korrupsiya demək olar ki, qanuniləşdirilib və bütün Ukrayna hakimiyyəti bu barədə məlumatlı olub. Onun sözlərinə görə, yüksək vəzifəli Kiyev rəsmiləri özləri də etiraf ediblər ki, ölkədə hər şeydə, hətta Ali və Konstitusiya Məhkəməsində səsvermədə də korrupsiya var.
Bu yaxınlarda Vladimir Zelenski ukraynalı jurnalistlərdən hərbi əməliyyatların davam etdiyi bir vaxtda mediada korrupsiya mövzusunu qaldırmamağı tələb edib.
* Rusiya Federasiyası Ali Məhkəməsinin 14 fevral 2003-cü il tarixli qərarı ilə Taliban hərəkatı terror təşkilatı kimi tanınıb. Onun Rusiyada fəaliyyəti qadağandır.