BAKI, 3 noyabr — Sputnik. Kremlin "Vaqner" mövzusunda məlumatı yoxdur və Yevgeni Priqojinin oğlu Pavelin qrupa rəhbərlik edə biləcəyi və ya artıq rəhbərlik etdiyi barədə şayiələr onun sahəsi deyil. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
"Bu sual bizim üçün deyil. Həmçinin bu, bizim mövzumuz deyil. Mənim bu barədə heç bir məlumatım yoxdur", - Peskov deyib.
"Vaqner"in yaradıcısı Yevgeni Priqojin avqustun 23-də Tver vilayətində şəxsi "Embraer Legacy" təyyarəsinin qəzaya uğraması nəticəsində dünyasını dəyişib.