RUSİYA

Novak: Qiymətləri sabitləşdirmək üçün heç bir təcili tədbir tələb olunmur

Daha əvvəl Rusiya Energetika naziri Nikolay Şulqinov demişdi ki, ölkənin regionlarında neft şirkətləri tərəfindən qış yanacağı ehtiyatlarının artırılması ilə bağlı vəziyyətə nəzarət edir.
Sputnik
BAKI, 3 noyabr — Sputnik. Rusiya baş nazirinin müavini Aleksandr Novak bildirib ki, hazırda qış dizel yanacağının qiymətlərinin sabitləşdirilməsinə yönəlmiş fövqəladə tədbirlərə ehtiyac yoxdur. Bu barədə RİA Novosti məlumat yayıb.
Onun sözlərinə görə, Rusiya hökuməti qiymətlərin sabitləşməsi üçün bütün tədbirləri nəzərdən keçirir.
Daha əvvəl Rusiya Energetika naziri Nikolay Şulqinov demişdi ki, ölkənin regionlarında neft şirkətləri tərəfindən qış yanacağı ehtiyatlarının artırılması ilə bağlı vəziyyətə nəzarət edir.
Xatırladaq ki, ötən ayın əvvəlində Rusiya hökuməti yanacaq bazarında sabitliyin qorunması üçün əlavə sistemli tədbirləri təsdiqləyib.
Daxili bazarı sabitləşdirmək üçün Rusiya Nazirlər Kabineti sentyabrın 21-dən benzin və dizel yanacağının ixracına qadağa qoyub. Rusiya Federasiyası Baş nazirinin müavini Aleksandr Novak bəyan edib ki, yanacaq bazarında uzunmüddətli tarazlıq yaratmaq üçün Nazirlər Kabineti bir sıra əlavə tədbirlər görməyi planlaşdırır. Energetika naziri Nikolay Şulqinov bəyan edib ki, hazırda təcili və uzunmüddətli həll yolları hazırlanır, o cümlədən bütün səviyyələrdə ixrac məhdudiyyətlərinin yumşaldılması məsələsi müzakirə olunur.