RUSİYA

Lavrov: Rusiya Qərbdə və Kiyevdə ədalətli sülh üçün siyasi iradə görmür

Rusiya Federasiyasının təhlükəsizlik maraqları tam nəzərə alınmaqla təmin edilib və bu ərazilərdə əsrlər boyu orada yaşayan vətəndaşların maraqları hamıya məlumdur.
Sputnik
BAKI, 3 noyabr — Sputnik. Rusiya davamlı və ədalətli sülh üçün Qərbdə və Kiyevdə siyasi iradə görmür. Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.
"Münaqişənin Ukraynada həllinə prinsipial yanaşmalarımızı təsdiqləyirəm. Bunlar hamıya məlumdur, lakin biz Qərbdə və Kiyevdə davamlı və həqiqətən ədalətli sülh üçün heç bir siyasi iradə görmürük. Bizim yanaşmalarımız belə sülhü təmin etməkdir. Rusiya Federasiyasının təhlükəsizlik maraqları tam nəzərə alınmaqla təmin edilib və bu ərazilərdə əsrlər boyu orada yaşayan vətəndaşların maraqları hamıya məlumdur" - Lavrov Küveyt Xarici İşlər Nazirliyinin rəhbəri ilə danışıqların yekunlarına dair brifinqdə deyib.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.
Bundan əvvəl məlum olub ki, Ağ Ev hesab edir ki, Moskva ilə danışıqlara başlamaq barədə Kiyev özü qərar verməlidir.