İQTİSADİYYAT

Ərdoğan: Xəzər qazının Avropaya çatdırılması enerji təhlükəsizliyinə töhfə verəcək

Türkiyə Prezidenti bildirib ki, bütün türk dünyasının təhlükəsizliyi və rifahı uğrunda addımlar atmağa davam edəcəklər.
Sputnik
BAKI, 3 noyabr — Sputnik. "Xəzər dənizinin təbii qazının Avropaya çatdırılması bu qitənin enerji təhlükəsizliyinə töhfə verəcək".
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 3-də Türk Dövlətləri Təşkilatının "Türk Əsri" çağırışı altında Qazaxıstanın Astana şəhərində keçirilən 10-cu yubiley Zirvə görüşündə çıxışında deyib.
O bildirib ki, Şərq-Qərb dəhlizi inkişaf etdirilməlidir: "Bu, bütün regionun inkişafına töhfə verəcək".
R.T.Ərdoğan, həmçinin söyləyib ki, türk dövlətləri arasında əməkdaşlıq da inkişaf etdirilməlidir:
"Vahid əlifbanın yaradılması istiqamətində işlər davam edir. Bütün türk dünyasının təhlükəsizliyi və rifahı uğrunda addımlar atmağa davam edəcəyik. Qarşımızdakı dövrü türk dövrü etmək üçün çalışacağıq".