BAKI, 3 noyabr — Sputnik. Beynəlxalq ictimaiyyət iki dövlətli həllin əsas istiqamətinə sadiq olmalı və İsrail-Fələstin probleminin hərtərəfli həllinə kömək etmək üçün daha çox səy göstərməlidir. Bunu Çinin BMT-dəki nümayəndəsinin müavini Qen Şuan BMT Nizamnaməsi və Birləşmiş Millətlər Təşkilatının rolunun gücləndirilməsi üzrə xüsusi komitənin iclasında deyib.
O bildirib ki, Çin mülki şəxslərə zərər vuran bütün hərəkətləri pisləyir və beynəlxalq hüququ pozan istənilən praktikaya qarşı çıxır. Şuan deyib ki, Pekin vəziyyətin daha da pisləşməsinin qarşısını almaq üçün mümkün qədər tez atəşkəs əldə etməyə çağırır.
Qen Şuan bəyan edib ki, Təhlükəsizlik Şurası beynəlxalq sülh və təhlükəsizliyin qorunmasında əsas məsuliyyət daşıyır və mövcud böhranın həllində öz layiqli rolunu oynamalıdır.
"Çin Birləşmiş Millətlər Təşkilatının yaradıcılarından biri və Təhlükəsizlik Şurasının daimi üzvü kimi həmişə obyektiv və ədalətli mövqeyini qoruyub, aktual regional və beynəlxalq problemlərin sülh yolu ilə həllində fəal rol oynamaq niyyətindədir", - Qen Şuan deyib.