BAKI, 2 noyabr — Sputnik. Moskva Ermənistanın Maltada Ukrayna üzrə qondarma Kopenhagen formatında konfransda iştirakını İrəvanın nümayişkaranə anti-Rusiya hərəkəti kimi qiymətləndirir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib.
Onun sözlərinə görə, İrəvandakilər başa düşməlidir ki, onlar Rusiyaya qarşı olanlarla belə nümayişkaranə şəkildə oyun oynayırlar.
"Təəssüflə qeyd etmək lazımdır ki, Ermənistanın hazırkı rəhbərliyi bir müddət əvvəl bu ölkənin sabitliyi və rifahının ən mühüm amili adlandırdığı müttəfiqlik münasibətlərimizi məqsədyönlü şəkildə və israrla pozur", - Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bildirib.