BAKI, 2 noyabr — Sputnik. Rusiya yaxın vaxtlarda Moskvada Rusiya Federasiyası, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşünü təşkil etməyə hazırdır.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
Oktyabrın 27-də Gürcüstanda Azərbaycan və Ermənistanın baş nazirləri Əli Əsədov və Nikol Paşinyan arasında baş tutan görüşü şərh edən Zaxarova Moskvanın Bakı ilə İrəvan arasında gərginliyi aradan qaldırmağa kömək edəcək istənilən təmasları alqışladığını vurğulayıb.
Eyni zamanda o, Putin, Paşinyan və Əliyev arasında razılaşmaların normallaşma üçün "yol xəritəsi" olaraq qaldığını qeyd edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.