FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Medinex 2023: Bakıda tibb innovasiyaları sərgisi açıldı

Tədbirdə Azərbaycan, Almaniya, Belarus, Cənubi Koreya, Çin, Əlcəzair, Rusiya, Fransa, Qazaxıstan, Qətər, Misir və Türkiyə də daxil olmaqla 14 ölkədən 100 şirkət iştirak edir.
Sputnik
BAKI, 2 noyabr - Sputnik. Bu gün Bakıda "Medinex-2023" III Azərbaycan Beynəlxalq "Tibbi İnnovasiyalar" sərgisinə start verilib. Bu, Azərbaycanda tibb və səhiyyə sahəsində əsas və kompleks tədbirdir və bu sahənin istehsalçılarının, distribyutorlarının və peşəkarların görüş yeridir.
Açılış mərasimində səhiyyə naziri Teymur Musayev, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev, TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov və digər rəsmi şəxslər iştirak ediblər.
Tədbirin təşkilatçılarının fikrincə, "Medinex" sərgisi işgüzar tərəfdaşlığın inkişaf etdirilməsi və bu sahənin mütəxəssisləri ilə sahibkarlar arasında yeni əlaqələrin qurulması, müvafiq məlumatların mübadiləsi və sərfəli müqavilələrin bağlanması üçün səmərəli platforma rolunu oynayacaq.
Sərgi iştirakçıları öz məhsullarını təqdim etmək, potensial müştərilər və tərəfdaşlarla lazımi əlaqələr qurmaq, həmçinin bu sahənin ən son tendensiyaları ilə tanış olmaq üçün əla fürsət əldə ediblər. Sərgidə Azərbaycan, Almaniya, Belarus, Cənubi Koreya, Çin, Əlcəzair, Rusiya, Fransa, Qazaxıstan, Qətər, Misir və Türkiyə də daxil olmaqla 14 ölkədən 100 şirkət iştirak edir.
1 / 13

Üçüncü Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları Sərgisində təcili tibbi yardım avtomobili.

2 / 13

Ziyarətçilər Bakıda Üçüncü Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları Sərgisində.

3 / 13

Ziyarətçilər Bakıda Üçüncü Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları Sərgisində.

4 / 13

Ziyarətçilər Bakıda Üçüncü Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları Sərgisində.

5 / 13

Ziyarətçilər Bakıda Üçüncü Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları Sərgisində.

6 / 13

Üçüncü Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları Sərgisində TƏBİB-in stendi.

7 / 13

Ziyarətçilər Bakıda Üçüncü Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları Sərgisində.

8 / 13

Ziyarətçilər Bakıda Üçüncü Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları Sərgisində.

9 / 13

Ziyarətçilər Bakıda Üçüncü Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları Sərgisində.

10 / 13

Ziyarətçilər Bakıda Üçüncü Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları Sərgisində.

11 / 13

Ziyarətçilər Bakıda Üçüncü Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları Sərgisində.

12 / 13

Ziyarətçilər Bakıda Üçüncü Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları Sərgisində.

13 / 13

Üçüncü Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları Sərgisində Moskva şəhərinin stendi.