NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

“Lukoyl” və İraq “Qərbi Qurna 2” ilə bağlı əlavə müqavilə imzalayıb

12 dekabr 2009-cu ildə PJSC LUKOIL dünyanın ən böyük yataqlarından biri olan Qərbi Qurna-2 yatağının işlənməsi hüququ üçün tenderin qalibi olub.
Sputnik
BAKI, 2 noyabr — Sputnik. "Lukoil" və Bəsrə neft şirkəti Qərbi Qurna-2 yatağında neftin işlənməsi və hasilatı üzrə müqaviləyə əlavə saziş imzalayıblar.

"Sənəd şərtlərin yaxşılaşdırılmasını və xidmət müqaviləsinin 10 il müddətinə, 2045-ci ilə qədər uzadılmasını, layihənin gələcək inkişafı üçün investisiyaların yatırılmasını, gündəlik 800 min barel hasilat səviyyəsinə çatmaqla yatağın gücünün tədricən iki dəfə artırılmasını nəzərdə tutur. Bu, Qərbi Qurna-2-nin iqtisadi səmərəliliyinin artmasına səbəb olacaq", - məlumatda deyilir.

İraqın cənubunda, böyük liman şəhəri Bəsrədən 65 km şimal-qərbdə yerləşən Qərbi Qurna-2 yatağı dünyanın ən böyük yataqlarından biridir. Yatağın ilkin çıxarıla bilən ehtiyatları təxminən 14 milyard bareldir. Ehtiyatların 90%-dən çoxu Mişrif Yamama yataqlarında cəmlənib.
12 dekabr 2009-cu ildə "Lukoil" dünyanın ən böyük yataqlarından biri olan Qərbi Qurna-2 yatağının işlənməsi hüququ üçün tenderin qalibi oldu.
31 yanvar 2010-cu il tarixində Qərbi Qurna-2-də işlənmə və istehsal xidmətlərinin göstərilməsi üçün müqavilə imzalanıb. Saziş İraq Respublikasının Nazirlər Kabineti tərəfindən ratifikasiya edilib.
2014-cü il martın 29-da yataqda kommersiya xarakterli neft hasilatına başlanılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.