CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Türkiyəyə təhvil verib

Qanunsuz silah saxlamaqda, silah mafiyası ilə əməkdaşlıqda, mütəşəkkil cinayətkar qrup yaratmaqda təqsirləndirilir.
Sputnik
BAKI, 2 noyabr — Sputnik. Türkiyənin İnterpol xətti ilə beynəlxalq axtarışa verdiyi Şeniz Dervişoğlu Azərbaycanda saxlanılıb və qardaş ölkəyə ekstradisiya olunub.
O, qanunsuz silah saxlamaqda, silah mafiyası ilə əməkdaşlıqda, mütəşəkkil cinayətkar qrup yaratmaqda təqsirləndirilir.
Türkiyə vətəndaşı olan Ş.Dervişoğlunun günahı sübuta yetirilərsə, onu 12 ilədək həbs cəzası gözləyir.
Qeyd edək ki, Türkiyə məhkəməsi Ş.Dervişoğlu haqqında bir neçə dəfə qiyabi həbs qərarı çıxarıb. O, 2018-ci ildə Gürcüstandan Türkiyəyə ekstradisiya olunub, 2020-ci ildə həbsdən buraxılıb. Bir müddət sonra yenidən axtarışa verilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.