BAKI, 2 noyabr — Sputnik. "Anklavlar" məsələsi dəfələrlə xatırlanıb, deyilib ki, əgər hüquqi əsası varsa, ikitərəfli razılaşmalarda qeydiyyata və xəritəyə alınıbsa, Ermənistan və Azərbaycan sərhədlərinn delimitasiya və demarkasiyası çərçivəsində müzakirə ediləcək".
Bunu Ermənistan parlamentinin sədr müavini Akop Arşakyan noyabrın 2-də jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, hər iki tərəfin istifadə edə biləcəyi xəritələr var.
"Yəni, burada qaranlıq otaqlar, künclər axtarmağa ehtiyac yoxdur, - deyə Arşaqyan bildirib.
A.Arşakyan vurğulayıb ki, danışıqların davam etdirilməsinə imkan vermək lazımdır:
"Ermənistan və Azərbaycan öz ərazi bütövlüyünün qarşılıqlı tanınması məsələsinə aydınlıq gətirməli, bunu yazılı şəkildə qəbul etməlidir".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.