BAKI, 1 noyabr — Sputnik. Zəngilan şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib.
Baş nazir Əli Əsədov bununla bağlı Qərar imzalayıb.
Xatırladaq ki, Zəngilan şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən 1993-cü il oktyabrın 29-da işğal olunub. Vətən müharibəsində şanlı Qələbə qazanan rəşadətli Azərbaycan Ordusu 2020-ci il oktyabrın 20-də şəhəri işğalçılardan azad edib.
Əlavə edək ki, bundan öncə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bildirib ki, işğaldan azad edilmiş ərazilərin əksəriyyətinin Baş Planı hazırlanıb. Kəndlərin böyük hissəsinin ərazi planlama sənədi hazırlanıb və təsdiq edilib.