RUSİYA

Şoyqu: Ukrayna ordusu tükənib

Şoyqu vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin qruplaşması fəal müdafiəni davam etdirir və düşmənə effektiv atəş zərbələri endirir.
Sputnik
BAKI, 1 noyabr — Sputnik. Rusiya silahlı qüvvələri xüsusi hərbi əməliyyat zonasında irəliləyir, daha sərfəli xətt və mövqelər tutur.
Bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu məlumat verib.
Onun sözlərinə görə, Kiyev rejimi NATO ölkələrinin onu yeni silah növləri ilə təchiz etməsinə baxmayaraq, məğlub olur.
Şoyqu vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin qruplaşması fəal müdafiəni davam etdirir və düşmənə effektiv atəş zərbələri endirir.
O, həmçinin qeyd edib ki, döyüşlərdə Rusiya ordusunun 25, 138 və 114-cü motoatıcı briqadaları xüsusilə fərqləniblər.
Şoyqu əlavə edib ki, Ukrayna ordusu tükənib, şəxsi heyət arasında demoralizasiya artır.