BAKI, 1 noyabr — Sputnik. Rusiya prezidenti Vladimir Putin və Belarus lideri Aleksandr Lukaşenko arasında telefon danışığı olub. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Liderlər iki ölkə arasında enerji, nəqliyyat və yüksək texnologiyalar sahəsində qarşılıqlı əlaqələri müzakirə ediblər.
"İkitərəfli qarşılıqlı əməkdaşlığın gələcək inkişafı, enerji, nəqliyyat və yüksək texnologiyalar daxil olmaqla, ittifaq inteqrasiyasının təşviqi üçün aktual mövzular nəzərdən keçirilib", - məlumatda deyilir.
Bundan əlavə, liderlər Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Kollektiv Təhlükəsizlik Şurasının noyabrın 23-də Minskdə keçiriləcək növbəti iclasına hazırlıq məsələlərini müzakirə ediblər.