BAKI, 1 noyabr — Sputnik. Rusiya Qazaxıstanı bütün ölkələrlə öz maraqlarına uyğun olaraq münasibətləri inkişaf etdirən suveren dövlət hesab edir. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Peskov həmçinin qeyd edib ki, Rusiya və Qazaxıstan tarixi tərəfdaşlıq münasibətlərinə malikdir.
"Bunlar bizim müttəfiqlərimizdir. Bizim maraqlarımız bir çox inteqrasiya formatlarında birləşir. Biz isə Qazaxıstanla öz münasibətlərimizi inkişaf etdiririk, bunu çox yüksək qiymətləndiririk", - Kreml nümayəndəsi bildirib.
Emmanuel Makron noyabrın 1-də Qazaxıstana gəlib. Astanada o, qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayevlə görüşüb.
Tokayev Fransa prezidentinin səfərini tarixi hadisə adlandırıb.