BAKI, 1 noyabr — Sputnik. İş adamı Mixail Fridmanın Rusiyaya qayıtması normal prosesdir.
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Bu, normal bir prosesdir, Rusiya vətəndaşları bütün dünyanı gəzirlər, lakin onların bir vətəni var", - Kreml nümayəndəsi vurğulayıb.
Bundan əvvəl Fridman Britaniya hakimiyyətinə qarşı Athlone House malikanəsinin saxlanması üçün xidmət haqqının ödənilməsinə qadağa qoyulması ilə bağlı məhkəmədə uduzmuşdu.
Rusiya lideri Vladimir Putin iş adamı Mixail Fridmanın geri qayıtmasını şərh edərkən deyib ki, qanunu pozmaq başqa, əxlaqi-etik normaları pozmaq başqadır.
Kreml bəyan edib ki, Fridmanın Rusiyaya qayıtmasında qeyri-adi heç nə yoxdur, çünki o, Rusiya Federasiyasının vətəndaşıdır.