BAKI, 1 noyabr — Sputnik. Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib.
Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov iclasdakı çıxışında ədalət mühakiməsi və məhkəmə sisteminin təkmilləşdirilməsi üzrə qarşıda duran vəzifələri diqqətə çatdırıb və bu istiqamətdə görülmüş işlər barədə məlumat verib.
Sonra hakimlər tərəfindən təqdim olunmuş təkliflər müzakirəyə çıxarılıb.
İclasda məhkəmə fəaliyyətinin ayrı-ayrı istiqamətləri ilə bağlı məruzələr dinlənilib, bir sıra hüquqi akt layihələrinə dair fikir mübadiləsi aparılıb, habelə hakimlərin fəaliyyətinin qiymətləndirilməsi məsələlərinə baxılıb.
Daha sonra iclasda təqaüdə yola salınan hakim uzun illər məhkəmə sistemində öz fəaliyyətləri ilə ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına əhəmiyyətli töhfələr verdiklərinə görə fəxri fərmanlarla təltif edilib.